Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


10.04.2017  09:23 

Azərbaycanlı deputatlar Brüsselə gedib





A+  A-

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputat Cavanşir Feyziyev aprelin 9-da Belçikanın paytaxtı Brüsselə səfər edib.
Milli Məclisin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Devid Makallisterin dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri avropalı deputatlarla bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə Azərbaycanla Avropa Parlamenti arasında əlaqələrin hazırkı durumu və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər aprelin 13-də başa çatacaq.

Xəbər 1720 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +