Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


13.07.2018  12:38 

Suraxanıda narkoəməliyyat





A+  A-

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb.
DİN-dən XəzərNews.az-a daxil olan xəbərə görə, əməliyyat zamanı Hövsan qəsəbəsində yaşayan Vaqif Quliyevin həyətyanı sahəsinə baxış keçirilib. Bu zaman oradan ümumi çəkisi 33 kiloqram olan 30 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq V.Quliyevin yaşadığı evdən əlavə 2 kiloqramdan artıq qurudulmuş və 1 kiloqram 525 qram yaş vəziyyətdə marixuana aşkar olunaraq götürülüb.

İfadəsində həmin şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini və onlara qulluq etdiyini etiraf edib.

Faktla bağlı 30-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər 2860 dəfə oxunub.




25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +