200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


27.03.2023  12:26 

Ani Lorak merə cavab verdi, konsertini təxirə saldı





A+  A-

Martın 26-da ukraynalı müğənni Ani Lorak İnstaqramda heç vaxt Ukrayna Silahlı Qüvvələrini dəstəkləmədiyini bildirib və Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsini “Ukrayna ilə Rusiya arasında münaqişə” adlandırıb.

XəzərNews.az xəbər verir ki, o, bu açıqlamasını Krasnodarda aprelin 27-nə planlaşdırılan konsertini şəhər merinin “Rusiya Federasiyasında qazandığı pulları Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə köçürə bilər” şübhəsi ilə ləğv etdikdən sonra yayıb.

"Rusiya və Ukrayna arasında münaqişə başlayandan bəri mən çox dedi-qoduların mərkəzində olmuşam" - deyə müğənni qadağadan sonra özünə haqq qazandırıb.

Ani Lorak 2014-cü ildə Rusiya Federasiyasına köçdüyünü, çünki "Ukraynadakı bəzi siyasi xadimlər ondan öz məqsədləri üçün istifadə etmək istədiklərini və bununla razılaşa bilmədiklərini" söyləyib:

“Hökumətin ultimatumu məni Rusiyaya köçməyə sövq etdi, orada qəbul olundum və bir sənətçi kimi böyüməyə davam etdim. Mən heç vaxt hərbi yardım göstərməmişəm”.

Ukraynalı müğənni yazıb ki, o, "rus pərəstişkarlarına dəyər verir", lakin Rusiyanın Ukraynaya hücumuna susur, çünki özünü "siyasətçi deyil, musiqiçi" hesab edir.

Xəbər 975 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +