200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


07.11.2022  11:40 

“İran cavab verməlidir” - Zelenski





A+  A-

“İran Rusiyaya silah tədarük etdiyinə görə cavab verməlidir”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

“Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen ilə telefon danışığında İran rejiminə qarşı təzyiqin gücləndirilməsini müzakirə etdik. İranın Rusiya terrorunda iştirakı cəzalandırılmalıdır. Biz bu məsələni yalnızca ənənəvi tərəfdaşlarımız səviyyəsində qaldırmayacağıq. Bütün dünya biləcək ki, İran Rusiyaya bu müharibəni uzatmağa kömək edir”, - deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, İran Rusiyaya silah göndərməsəydi, Ukrayna hazırda qələbəyə yaxın olardı: “Rusiyaya bu müharibəni uzatmağa kömək edən hər bir kəs onunla birgə bu müharibənin nəticələrinə görə cavab verməlidir”.

Qeyd edək ki, Ukrayna tərəfinin açıqlamasına görə, ölkə müharibədə hər gün azı 10 ədəd İran istehsalı “Shahed-136” pilotsuz uçuş aparatları zərərsizləşdirir. İran tərəfi isə Rusiyaya PUA göndərməsi ilə bağlı xəbərləri təkzib edir./“Qafqazinfo”

Xəbər 1001 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +