200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


15.10.2022  13:30 

Partlayışda həlak olanların sayı 40-a çatıb





A+  A-

Dünən Türkiyənin Bartın şəhərində kömür mədənində baş verən partlayışda həlak olanların sayı artaraq 40-a çatıb.

Bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, hazırda 15 işçinin xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Xilas edilən 58 mədənçinin 11-nin isə xəstəxanalarda müalicəsi davam edir.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez isə öz növbəsində axtarış-xilasetmə əməliyyatları başa çatdıqdan sonra hadisənin səbəblərinin araşdırılacağını qeyd edib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu partlayış nəticəsində həlak olanların sayının 40-a çatdığını açıqlayıb.

Xəbər 1585 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +