200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


02.07.2022  15:26 

Ukraynada 344 uşaq həlak olub





A+  A-

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb.

XəzərNews.az xəbər verir ki, fevralın 24-dən bu günə qədər Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə 344 uşaq həlak olub, 640-dan çox uşaq yaralanıb.

Ukrayna Baş Prokurorluğu xəbər verir ki, aktiv hərbi əməliyyatların aparıldığı əraziləri və müvəqqəti işğal olunmuş əraziləri yoxlamaq mümkün olmadığı üçün bu məlumatlar tam dəqiq deyil.

Zərərçəkmiş uşaqların əksəriyyəti son həftələr döyüşlərin intensiv getdiyi Ukraynanın şərq torpaqlarında - Donetsk vilayətindədir.

Xarkovda 185, Kiyev vilayətində 116, Çerniqovda 68 və Luqanskda 61 uşaq müharibənin təsirinə məruz qalıb, Nikolayev, Xerson və Zaporojyedə ölən və yaralanan uşaqlar var.

Baş Prokurorluq bildirib ki, Rusiya silahlı qüvvələrinin bombardmanları və mərmiləri nəticəsində 2102 təhsil müəssisəsi zərər görüb. Onlardan 215-i tamamilə məhv edilib.

Xəbər 1634 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +