Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


30.04.2025  17:54 

Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal





A+  A-

Yaxın vaxtlarda Ukrayna ilə ABŞ arasında nadir torpaq metallarına dair sazişin imzalanması gözlənilir və bundan sonra Ukrayna bu layihənin həyata keçirilməsi istiqamətində ilk addımı atacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıxal milli telemarafon zamanı efirdə deyib.

Onun sözlərinə görə, Ukraynanın baş nazirinin birinci müavini - iqtisadiyyat naziri Yuliya Svırıdenko artıq Vaşinqtona gedib, orada investisiya fondunun yaradılması haqqında sazişin yekun detalları yekunlaşdırılır.

Şmıxal qeyd edib ki, saziş bərabərhüquqludur və Ukraynanın inkişafı və bərpasına birgə sərmayələrin yatırılmasını təmin etmək məqsədi daşıyır. O, sazişin yaxın vaxtlarda imzalanacağını və Ukraynanın onun həyata keçirilməsi istiqamətində ilk addımı atacağını vurğulayıb.

"Bütün təfərrüatlar dəqiqləşən kimi, yaxın gələcəkdə ümid edirəm ki, yaxın 24 saat ərzində saziş imzalanacaq", - Şmıxal bildirib.

Xəbər 1638 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +