Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi
Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb
Polis qoşunları Eçmiədzinin Ana taxtına daxil olub
Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi


17.02.2025  15:50 

Tanınmış rəssamın evindən - 200 min manatlıq oğurluq edilib





A+  A-

Bakıda tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Elçin Qasımovun evindən oğurluq olub.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış rəssamın Nəsimi rayonu Bülbül prospektində yerləşən evindən 200 min manatlıq əşyalar talanıb.

Aparılan araşdırmalarla oğurluğun həmin binanın gözətçisi, Cəlilabad rayon sakini 1988-ci il təvəllüdlü Üzeyir Əliyev tərəfindən törədilməsi müəyyən edilib.

Məlum olub ki, oğurlanan əşyalar arasında çoxsaylı bahalı qol saatları, tarixi əhəmiyyətli əşyalar və çoxillik içkilər olub. Həmçinin E.Qasımovun həyat yoldaşına məxsus bir ədəd qara rəngli 13 000 manat dəyərində “Roberto Cavalli” markalı xəz gödəkcə, 7 min manatlıq “Francesco Scognaniglio” markalı, 14 000 manat dəyərində “Etro Milano” markalı, 12 000 manat dəyərində qəhvəyi rəngli “Sobol” markalı, 11 000 manat dəyərində “Thes Thes” markalı, 2800 manat dəyərində “Pajaro” markalı, 5500 manat dəyərində “Thes irevelle” markalı, 6200 manat dəyərində “Albeno Fercci” markalı, 1850 manat dəyərində “Adoma” markalı gödəkcələrin oğurlanması da məlum olub.

Həbs edilən gözətçi barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) və 183-cü ( Xüsusi dəyəri olan əşyaları talama) maddələri ilə açılmış işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, oğurluq hadisəsi Elçin Qasımov ailəsi ilə birgə bağ evində olduğu müddətdə baş verib. O, Bülbül prospektində yerləşən 6 otaqlı, 400 kvadrat metrlik evinin açarını binanın gözətçi köşkündə etibar etdiyi gözətçi Üzeyirə verərək gedibmiş.

Gözətçi həbs ediləndən sonra onun oğurladığı əşyaların bir qismi geri qaytarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib.

Xəbər 4300 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +