“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


30.04.2025  13:17 

EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR





A+  A-

Verilişə baxırdım, xanəndə Zabitə Əliyevanı görəndə sevindim ki, ifasını dinləyərəm, qulağımın pası tökülər. Aparıcı sual verdi ki, niyə efirlərə az-az çıxırsa? Cavab verdi ki, hər verilişə getmirəm, çünki qalmaqaldan başqa hər şeydən danışırlar, mənə də çatanda veriliş bitir.

Adam haqlıdır. Yəqin siz də fərqindəsiniz, son vaxtlar televiziyalarımız mağar toyuna dönüb. Sənətkarları küsdürüb efirlərdən uzaq salıblar, əvəzində bayağı müğənniciklərə meydan veriblər. Adları “it dəftəri”ndə olmayanlar verilişlərin yuxarı başında oturub, musiqidən, muğamatdan ustad dərsi keçirlər. Hələ bir arada utanıb-qızarmadan, ət tökmədən zilə qalxıb, zəngulə vurmağa da cəhd göstərirlər. Amma bu məharətləri “xoruz buraxmaq”dan o yana keçmir.

Hələ özləri azmış kimi, evdə bozbaş bişirən, bekarçılıqdan serialları izləyən bacılarını da gətirib özlərinə duet ortağı edirlər. Efirdə eninə-uzununa meydan sulayan o müğənniciklər ona-buna söz atmaqla, ora-buralarını oynatmaqla özlərini gündəmə gətirib, “toylar kraliçaları”na çevrilirlər. Söz də düşəndə deyirlər ki, bizim Aygün Kazımovadan, Röyadan nəyimiz əskikdir? Aparıcı da demir ki, ay bala, “yavaş ye, boğazında qalar”. Əksinə, onlara ayaq da verirlər.

Baxırsan, efiri mağar toyuna çeviriblər. Qıjı yığnağına baxıb ürəyimdən ancaq bir fikir keçir: Azərbaycan musiqisi ölüb, üstündə ağlayanı yoxdur. Puldan-paradan verib baxış sayı yığıb, adını da qoyurlar “trenddə birinciyik”. İrad da eşidəndə deyirlər, tələbatlı müğənniyik, xalq bizi tələb edir, xalq pulundan keçir, bizi toyuna aparır. Hətta xalq artistlərinə lağ da edirlər ki, evində acından ölür.

Bax, bu yerdə mənim də boğazım quruyur. Bəlli, onların qoltuğuna qarpız verən də elə özümüzük. Görək, bu xəmir nə qədər su aparacaq.? Hələ ki at ölüb, itlərin bayramıdır.

Cəvahir Nehru
Yeni Çağ


Xəbər 2055 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +