200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


14.01.2025  12:43 

Metroda qadına qarşı əxlaqsızlıq edən şəxs SAXLANILIB





A+  A-

Bakı metrosunun 28 May stansiyasında qadına qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb

Xəzərnews.az xəbər verir ki, hadisə 13 yanvar 2025-ci il tarixdə, saat 09:10 radələrində metronun İnşaatçılar stansiyasından Həzi Aslanov stansiyası istiqamətində gedən qatarda baş verib.

Belə ki, R.T. adlı qadın qatarda olan zaman arxasında dayanan tanımadığı şəxs əli ilə bir neçə dəfə ona toxunub. Qadın öncə bunun təsadüfən olduğunu zənn edib.

Lakin təqsirləndirilən şəxs - E.C. qeyri-etik hərəkətlərinə davam etdiyindən o, buna iradını bildirib.

Həmin şəxs metronun 28 May stansiyasında qatardan düşəndə zərərçəkmiş qadın qışqıraraq hadisə yerinə polis çağırıb.

Məhkəmənin qərarı ilə 1995-ci i l təvəllüdlü E.C . İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib və 10 gün müddətinə həbs edilib.

Xəbər 2218 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +