Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov
Azərbaycanlılar Gürcüstandan deportasiya edildi
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb
Çin vətəndaşlarına XƏBƏRDARLIQ...
Azər Qasımlının cinayət işi məhkəməyə verildi
Zəngəzur dəhlizi ticarətin inkişafında mühüm rol oynayacaq
ABŞ-da güclü partlayış olub


01.07.2025  11:52 

Azərbaycanlı Azərbaycana səfir təyin olundu





A+  A-

Slovakiya Azərbaycana yeni səfirini təyin edib. Ən maraqlısı odur ki, bu şəxs əslən Kəlbəcər rayonunun Başlıbel kəndindən olan azərbaycanlı diplomat Elçin Qasımovdur!

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin deputatı Mircəlil Qasımlı özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. O, yeni səfirin əmisi oğlu olduğunu da açıqlayıb və qürur dolu təbrik sözləri ilə Elçin Qasımovun peşəkar yoluna işıq salıb.

Deputat yazır:

"Dəyərli əmim oğlu Elçin Qasımovu bu məsuliyyətli diplomatik vəzifəyə layiq görülməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Elçin Qasımov uzun illər Slovakiya dövlətinin mühüm dövlət qurumlarında, xüsusilə diplomatiya sahəsində yüksək peşəkarlıqla fəaliyyət göstərmiş, qazandığı dərin hüquqi və beynəlxalq təcrübələri ilə seçilib. O, Azərbaycanın adını və dövlətini hər zaman qlobal miqyasda böyük məsuliyyət və ləyaqətlə təmsil edərək, Vətənimizin nüfuzunun daha da artmasına ciddi töhfələr verib.”

Mircəlil Qasımlı eyni zamanda Slovakiya–Azərbaycan münasibətlərinin təməlində onların ailəsinin də əvəzsiz izlərinin olduğunu xatırladıb:

"Qeyd etmək istərdim ki, Slovakiya–Azərbaycan diplomatik münasibətlərinin qurulmasında və dostluq əlaqələrinin formalaşmasında əmim Cəlal Qasımovun əvəzsiz rolu olub.”

Xəbər 184 dəfə oxunub.




02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib

02.07.2025  00:31 

Onlar başlatdı, biz bitirəcəyik!


BÜTÜN XƏBƏRLƏR +