Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib
Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib


17.04.2023  11:45 

Rəşad Dağlı iki maddə ilə ittiham olunur





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

XəzərNews.az Trend-ə istinadən məlumat verir ki, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb.

Vəkil bildirib ki, prosesdə Rəşad Dağlı və zərərçəkmiş şəxsin ailə sirləri açıqlana bilər. Ona görə də vəkil prosesin qapalı keçirilməsini istəyib.

Rəşad Dağlı vəkilin vəsatətini müdafiə edib.

Müşavirədən sonra hazırlıq iclasının qərarı açıqlanıb. Qərara görə vəsatət təmin edilməyib. Hakim bildirib ki, vəsatət əsaslandırılmayıb. Ona görə də indiki mərhələdə vəsatət təmin edilməsin. Məhkəmə qərara gəlib ki, gələcəkdə keçirilən proseslərdə ailə sirlərinin açılması ilə bağlı vəsatət əsaslandırılarsa, məsələyə baxıla bilər.

Rəşad Dağlının işi üzrə məhkəmə prosesində hakim Leyla Əsgərova bildirib ki, R.Dağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə yanaşı, 228.4-cü (Qanunsuz silah saxlama) maddəsi ilə də ittiham olunur.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Xəbər 6184 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +