Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib
Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib


22.01.2020  15:38 

AFFA bir neçə futbolçunu cəzalandırdı





A+  A-

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İntizam Komitəsinin qərarları açıqlanıb.
AFFA-dan XəzərNews.az-a bildirilib ki, U-13 Qızlar Liqasının, “UGİM” (Naftalan) – “Gənclik UFK” oyununda “Gənclik UFK” komandasının heyətində sənədi olmayan oyunçu iştirak etdiyi üçün “Gənclik UFK” komandasına texniki məğlubiyyət verilir və hesab olduğu kimi saxlanılır (6-0).

Qərara əsasən, Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “AzMİU” – “Baker Hughes” arasında cavab oyununda “AzMİU” komandasının heyətində yetərli oyunçunun olmadığı üçün komandaya texniki məğlubiyyət verilir (0-5). Oyunda “AzMİU” komandasının oyunçusu Heydər Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Fatih Demirdagın isə hakimi təhqir etdiyi və qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. Ayberkemre İnceoğlu da hakimə etiraz etdiyi, ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

Bundan başqa, Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “U-19” – “Gənclik İK” arasında cavab oyununda “U-19” komandasının oyunçusu Şahmar Cəfərov sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. “U-19” komandasının oyunçusu Ridan Babayev sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

Həmçinin, Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “Red Line” – “Timsport” arasında cavab oyununda “Timsport” komandasının oyunçusu Məmmədov Ağasərdar qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

U-16 liqasının “Xilə” – “Mil-Muğan oyununda “Mil-Muğan” komandasının oyunçusu Saleh Məmmədov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə 1 oyun cəzalanır.

Xəbər 3315 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +