Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib
Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib


14.10.2018  14:48 

Minaya düşən Azadın vəziyyəti necədir? - İcra başçısından açıqlama





A+  A-

Bir neçə gün öncə Tərtər rayonu Həsənqaya kənd sakini Azad Həsənovun neytral zonada minaya düşdüyü barədə məlumat vermişdik. 1996-cı il təvəllüdlü Azad Həsənov Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.
XəzərNews.az xəbər verir ki, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, minaya düşən Azad Həsənovun vəziyyəti normaldır.

“Azad Həsənovla mütəmadi olaraq maraqlanıram. Vəziyyəti düzəlməyə doğru gedir. Bilirsiz ki, minanın ətrafa yayılan qəlpələri Azadın bədənin müxtəlif hissələrinə xəsarət yetirib. Ancaq Azadın bir ayağının pəncəsi amputasiya olunub. Hazırda cəbhədə sakitlikdir. Buna baxmayaraq düşmənin xisləti bəllidir”.

Qeyd edək ki, bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.

Xəbər 3098 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +