Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib
Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib


23.11.2017  21:18 

“Bizdə siqnal verə-verə ailə qururlar” - Vaqif Əsədov





A+  A-

“Son vaxtlar avtomobil yollarında piyada vurma faktları ciddi narahatlıq doğurur. Piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 67%-ni təşkil edir”.
XəzərNews.az xəbər verir ki, bunu “Baku.ws”ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

V. Əsədovun sözlərinə görə, piyadaların vurulması ilə baş verən hadisələrdə günah çox vaxt piyadalarda olur.

“Sürücülərin 90 faizi piyadalara yol verir. Bu məsələdə problem piyadaların üzərinə düşür. Yol nəqliyyat hadisələrinin 67%-i piyadaların vurulması ilə nəticələnən qəzalardır. Piyadalar hələ də “bilmədim”, “görmədim”, “tələsirəm” deyir. Hər bir hərəkət iştirakçısı özünün təhlükəsizliyini təmin etməlidir”, - deyə bölmə rəisi bildirib.

DYP rəsmisi tövsiyə edib ki, ölümlə, xəsarət alma ilə nəticələnən avtoqəzaların qarşısını almaq üçün hər bir hərəkət iştirakçısı məsuliyyətli və diqqətli olmalıdır.

“Avropada piyadalar piyada zolağından keçmirsə, 50 avro cərimələnir, bizdə isə 20 manat. İdarə edilən nəqliyyat vasitəsinin arxa oturacağında azyaşlı uşaqlar mütləq xüsusi oturacaqda getməlidir. 12 yaşa qədər olan uşaqlar üçün xüsusi oturacaq yoxdursa, həmin sürücü cərimələnir. Amma bu, bizdə inzibati xəta tərkibi yaratmır.

Avropada sürücülər yol polisi onları cərimələyəcək deyə qanuna riayət etmirlər. Onlar yol hərəkətində təhlükəsizliyini təmin edirlər ki, sağlamlıqlarını qorusunlar. Avropalı başa düşür ki, təhlükəsizlik kəmərini taxmırsa, qəza zamanı xəsarət dərəcəsi artacaq. Avropada sürücülər işıqforların tələblərinə uyğun hərəkət edirlər. Avropada sürücülər çox nadir hallarda səs siqnalı verirlər. Amma bizdə bir-birləri ilə səs siqnalı verərək salamlaşırlar, sağollaşırlar. Səs siqnalı veməklə adam çağırırlar, yol istəyirlər. Hətta səs siqnalı verə-verə ailə qururlar”, - deyə DYP rəsmisi qeyd edib.

Vaqif Əsədov məsləhət edib ki, piyadalar maksimum diqqətli, təhlükəsizliyi təmin etmək bacarığına malik olsun və başqalarının da həyatına maneə yaratmasın.



Xəbər 2732 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +