Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib
Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib


24.10.2017  15:24 

Azərbaycan ət idxalını iki dəfə artırdı





A+  A-

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 971,8 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub.
XəzərNews.az xəbər verir ki, Report-un Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi xəbərə görə, yeyinti məhsullarının idxalında dəyər ifadəsində illik müqayisədə 2,3% artım qeydə alınıb.

Hesabat dövründə ət idxalı 91,57% artaraq, 46,552 mln. dollara, süd - 69,02% artaraq, 9,720 mln. dollara, kərə yağı və süddən hazırlanmış digər yağlar - 27,65% artaraq, 49,065 mln. dollara, çay - 29,89% artaraq, 39,236 mln. dollara, meyvə-tərəvəz idxalı isə 0,22% artaraq, 91,465 mln. dollara çatıb.

Bu müddətdə buğda idxalı 34,57% azalaraq, 136,361 mln. dollara, şəkər idxalı 5,96% azalaraq, 124,467 mln. dollara düşüb.

Məhsulların miqdar baxımından müqayisəsinə gəlincə, ət idxalında 50,55%, süd idxalında 55,7%, çay idxalında 10,79% artım qeydə alınıb.

Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 15,31%-dən 15,73%-ə yüksəlib.

Xəbər 3905 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +