Şahin Şıxlinski sərbəst buraxılıb
Onlar başlatdı, biz bitirəcəyik!
Voronejdə azərbaycanlı sahibkar həbs edilib
Yekaterinburqdakı diaspor liderimizi polis qaçırdı
Əliyevlə Zelenski bu məsələdə razılığa gəldi
Sobçak öldürülən azərbaycanlılardan yazdı
Zelenski Əliyevə zəng etdi, başsağlığı verdi
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
Prezident İlham Əliyev bu məhkəmələrə hakim təyin etdi
Böyük Britaniya 3 qrupu terror təşkilatı elan etməyə hazırlaşır


16.02.2023  16:42 

“İcra başçısı məni işdən çıxarıb yerimə...” – Şikayət





A+  A-

Füzuli rayon sakini Fuad Məmmədov rayon icra başçısı Alı Alıyevin tapşırığı ilə qanunsuz olaraq işdən azad olunduğunu iddia edir.

XəzərNews.az xəbər verir ki, “Yeni Sabah”a müraciət edən F. Məmmədov deyir ki, o 2021-ci ilin əvvəlinə kimi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı olub. Həmin vaxt İcra Hakimiyyətindən ona daha yaxşı iş – rayon İH-nin Horadiz şəhəri üzrə icra nümayəndəsinin sürücüsü vəzifəsi təklif olunub. F. Məmmədov bildirir ki, bu təklifi müsbət qiymətləndirib və ASC-dəki işindən çıxaraq icra nümayəndəsinin sürücüsü kimi çalışıb.

Lakin üstündən cəmi 7 ay keçəndən sonra – 2021-ci ilin sonunda ona işdən çıxmaqla bağlı ərizə yazmaq tapşırılıb: “Mən icra nümayəndəsi Əli Abdullayevin sürücüsü idim. Əli müəllimdən işdən çıxarılmağımın səbəbini soruşanda dedi ki, bu icra başçısının göstərişidir.

Mən icra başçısı Alı Alıyevin qəbuluna getdim və ondan da səbəbini soruşdum. O ümumiyyətlə, bu işi boynundan atdı və dedi ki, mənim səni işdən çıxarmaq səlahiyyətim yoxdur. Heç olmasa, əvvəlki işimə bərpa olunmağımı xahiş etdim. Amma bunu da etmədi. İndi düz bir ildir ki, mən işsizəm. Ailə, uşaqlarımı dolandırmaq üçün mənə heç bir iş təklif olunmur”.

F. Məmmədov deyir ki, məsələnin mahiyyəti ona sonradan bəlli olub. Belə ki, onun yerinə Füzuli rayon Polis İdarəsinin Zamiq adlı keçmiş əməkdaşı sürücü təyin olunub. Həmin polis əməkdaşı isə Manaf Ağayevin işğaldan azad olunan ərazilərə qanunsuz getməsinə şərait yaratdığı üçün hüquq-mühafizə orqanlarından xaric edilib:

“Məndə olan məlumata görə Manaf Ağayev onun üzündən öz işini itirən Zamiqin yeni işlə təmin olunması üçün Alı Alıyevdən xahiş edib. Alı müəllim də məni işdən çıxararaq Manaf Ağayevin dostunu işlə təmin etdi”.

F. Məmmədov deyir ki, o sadəcə işlə təmin olunmasını istəyir və İH ilə qarşıdurmada maraqlı deyil. Rayon sakini məsələ ilə bağlı ölkə rəhbərliyinə də müraciət edib.

Xəbər 2592 dəfə oxunub.




02.07.2025  00:31 

Onlar başlatdı, biz bitirəcəyik!

01.07.2025  16:33 

Çində güclü daşqın olub

01.07.2025  16:09 

Rusiya Azərbaycana nota verib

01.07.2025  15:17 

Ukrayna Rusiyaya PUA hücumu edib

01.07.2025  15:03 

Azər Zahid buraxılıb


BÜTÜN XƏBƏRLƏR +