“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?
“Qurumuş ağaclar təhlükə saçır, biri 9 yaşlı qızın üstünə aşıb
Azərbaycana gələn Türkiyə vətəndaşı həbs edildi
Sabah 41 dərəcə isti olacaq
“KFC” müştərilərə yararsız toyuq ətindən hazırlanmış məhsul verir?
Avtobus sürücüsü sükan arxasında siqaret çəkdi
Gömrük Komitəsində otağı su basdı
Qızlarına qarşı əxlaqsızlıq edən ataya AĞIR CƏZA


17.04.2017  11:59 

Azərbaycanda qeydiyyatda olan hemofiliyalı xəstələrin sayı açıqlandı





A+  A-

Azərbaycanda rəsmi qeydiyyatda olan hemofiliyalı xəstələrin sayı açıqlanıb.
XəzərNews.az-ın xəbərinə görə, Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova Ümumdünya Hemofiliya günü ilə bağlı keçirilən tədbirdə bildirib ki, mərkəzdə 1554 nəfər xəstə qeydiyyatdadır. 2016-cı ildə 69 xəstə ilkin qeydiyyata alınıb: "Bu da xəstələrin nisbi artımı deməkdir. Xəstələr arasında 1-5 yaş arası olanların sayı 113, 5-15 yaş arasında olanlar isə 222 nəfərdir. Bu gün 47 ağır hemofiliyalı xəstə uşaqda profilaktika aparılaraq əlilliyin qarşısı alınır, həyat keyfiyyətləri yaxşılaşaraq sağlam insanlardan seçilmirlər".

E. Qədimova əlavə edib ki, son illər Mərkəzi Aran, Bakı və Sumqayıtda xəstələrin sayı artıb. Bakı üzrə 738, Sumqayıtda 76 nəfər xəstə var: "Hemofiliya müxtəlif qanaxmalarla xarakterizə olunan ağır irsi qan xəstəliyidir. Xəstəliyin səbəbi qanın laxtalanma prosesində iştirak edən VIII, IX və ya fon Villebrand faktorunun çatışmazlığıdır. Təkrar baş verən şiddətli qanaxmalar zamanı qanın oynaq və yumşaq toxumalara yığılması nəticəsində xəstənin hələ uşaq və gənc yaşlarında əlil olmasına, bəzən də ölümünə səbəb olur. Bu gün mərkəzdə xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatlar ölkəyə gətirilir. Azərbaycanda hemofiliyalı xəstələrin 20 faizi lazımi dərman preparatları ilə təmin edilir. Hər il 50-60 nəfərdən çox hemofiliyalı xəstələrdə müxtəlif böyük və kiçik cərrahi əməliyyatlar həyata keçirilir".

Xəbər 4019 dəfə oxunub.




31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq

30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu


BÜTÜN XƏBƏRLƏR +