“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?
“Qurumuş ağaclar təhlükə saçır, biri 9 yaşlı qızın üstünə aşıb
Azərbaycana gələn Türkiyə vətəndaşı həbs edildi
Sabah 41 dərəcə isti olacaq
“KFC” müştərilərə yararsız toyuq ətindən hazırlanmış məhsul verir?
Avtobus sürücüsü sükan arxasında siqaret çəkdi
Gömrük Komitəsində otağı su basdı
Qızlarına qarşı əxlaqsızlıq edən ataya AĞIR CƏZA


15.04.2017  11:36 

İti döyən polis işdən çıxarıldı - 500 manat cərimə





A+  A-

Zaqatala rayonunda qonşusu İkram Ramazanova məxsus 3 aylıq iti döyən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı Tural Hacıömərov rəsmi formada cəzalandırılıb.
XəzərNews.az bidirir ki, bu barədə “Qafqazinfo”ya heyvansevər Elxan Mirzəyev məlumat verib. Hadisə martın 17-də rayonun Muxax kəndində baş verib. T.Hacıömərov küçədə qoyunlarını hürküdən iti döyüb. Balaca küçük döyüldükdən sonra ağır xəsarətlər alıb, gözləri tutulub, yerimə qabiliyyətini itirib.

T.Hacıömərov “Qafqazinfo”ya açıqlamasında qoyunlarını otlamağa qoymadığı üçün küçüyü daşla vurduğunu təsdiqləmişdi. O, həmçinin bildirmişdi ki, bu hadisəyə görə Baş İdarə tərəfindən töhmət alıb.

Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bunları təkzib edərək T.Hacıömərovun polis əməkdaşı olmadığını və iti döymədiyini bildirmişdi: “Həmin şəxs mülki mühafizəçidir, ona heç bir töhmət verilməyib”.

E.Mirzəyevin bu gün redaksiyamıza təqdim etdiyi sənədlərdən görünür ki, T.Hacıömərov iti döyməkdə ittiham edilərək inzibati formada cəzalandırılıb və öz ərizəsi ilə işdən çıxarılıb.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göndərdiyi rəsmi məktuba əsasən, T.Hacıömərov barəsindəki şikayət araşdırılıb və müəyyən olunub ki, o, dişi it balasını rəhmsız davranmaqla döyərək zədələyib. Buna görə martın 31-də T.Hacıömərov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 500 manat cərimə olunub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyevin şikayətçi Elxan Mirzəyevə göndərdiyi rəsmi məktubda qeyd olunub ki, Zaqatala Rayonlararası Mühafizə Bölməsinin mühafizəçisi Tural Hacıömərov iti döyməsi ilə bağlı iddianın araşdırılması prosesində işdən xaric edilməsi barədə rəsmi müraciət etdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Xəbər 3541 dəfə oxunub.




31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq

30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu


BÜTÜN XƏBƏRLƏR +