“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?
“Qurumuş ağaclar təhlükə saçır, biri 9 yaşlı qızın üstünə aşıb
Azərbaycana gələn Türkiyə vətəndaşı həbs edildi
Sabah 41 dərəcə isti olacaq
“KFC” müştərilərə yararsız toyuq ətindən hazırlanmış məhsul verir?
Avtobus sürücüsü sükan arxasında siqaret çəkdi
Gömrük Komitəsində otağı su basdı
Qızlarına qarşı əxlaqsızlıq edən ataya AĞIR CƏZA


14.04.2017  14:12 

Milli Məclisdə “Hacı Cavad” MÜZAKİRƏSİ: “Get orda namazını qıl”





A+  A-

“Son günlər Yasamaldakı “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı məsələ gündəmə gəldi. Sonra məlum oldu ki, məscid hüquqi şəxs kimi qeydiyyatdan keçməyib”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

F.Mustafa deyib ki, dövlət tərəfindən məscidlərə qarşı guya təzyiq olması barədə görüntü yaratmağa çalışırlar. “Elə vəziyyət yaratmağa çalışdılar ki, guya dövlət tərəfindən məscidlərə qarşı təzyiq var. Amma Prezident tapşırıq verib ki, məscid üçün daha yaxşı yer seçilsin”.

F.Mustafa journalist Fərqanə Novruzova ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev arasında yaranan mübahisəyə də münasibət bildirib: “Mən həmin videoya baxdım. Orada icra başçısı jurnalistə normal şəkildə deyir ki, məsələyə aydınlıq gətirilsin məlumat veriləcək. Jurnalistin informasiya almaq azadlığı var, informasiya qoparmaq azadlığı yox. O videonu biz də izlədik, orada icra başçısı jurnalistə sillə vurmur. Yasamalın icra başçısı qıza sillə vurası adam deyil. Məmurun da hüququ var, hesab edirəm ki, cəmiyyətə yanlış informasiya vermək lazım deyil”.

Deputat Qüdrət Həsənquliyev isə təklif edib ki, həmin məscidin sökülməsi zamanı polisə müqavimət göstərən saqqallılar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılsın.

“Əminəm ki, onlar barəsində araşdırılma aparılsa, məlum olacaq ki, onlar hansısa kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlıdırlar. Biz imkan vermərik ki, məscidlərimzi casus yuvasına çevrilsin. Bu, məsələ mütləq araşdırılmalıdır”. Q.Həsənquliyev xanım jurnalistlə Yasamal rayon İcra Hakimiyyətinin başçısı arasında yaşanan insidentlə bağlı da danışıb. Deputat bu məsələ ilə bağlı Mətbuat Şurasının monitorinq keçirməsini təklif edib.

Deputat Siyavuş Novruzov isə bildiridi ki, Azərbaycanda 2500-ə yaxın məscid fəaliyyət göstərir. “Heydər Məcsidi təkcə Cənubi Qafqazda deyil, əksər müsəlman ölkələrində ən müasir, yüksək arxitekturaya malik məsciddir.

Bu il İslam Həmrəyliyi ili elan olunub, ona görə də aranı qarışdırmaq istəyən qüvvələr var. Ona görə də biz ayıq-sayıq yanaşmalıyıq. Hörmətli jurnalistlərimiz də diqqətli olmalıdır. Ondan 50-100 metr aşağıda Təzəpir məscidi var, get, orda namazını qıl. Yaxud bir az o tərəfdə İmam Hüseyn məscidi fəaliyyət göstərir” .

Xəbər 3775 dəfə oxunub.




31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq

30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu


BÜTÜN XƏBƏRLƏR +