“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?
“Qurumuş ağaclar təhlükə saçır, biri 9 yaşlı qızın üstünə aşıb
Azərbaycana gələn Türkiyə vətəndaşı həbs edildi
Sabah 41 dərəcə isti olacaq
“KFC” müştərilərə yararsız toyuq ətindən hazırlanmış məhsul verir?
Avtobus sürücüsü sükan arxasında siqaret çəkdi
Gömrük Komitəsində otağı su basdı
Qızlarına qarşı əxlaqsızlıq edən ataya AĞIR CƏZA


07.04.2017  13:18 

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Qurumdan XəzərNews.az-a verilən məlumata görə, qərb rayonlarından başlayaraq ölkə ərazisində aprelin 9-u axşam hava şəraitinin dəyişəcəyi, aprelin 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək.

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Arabir zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz 15-20 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Qeyd edək ki, ETSN xəbərdarlıq edir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 9-u axşam qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək.


Xəbər 3417 dəfə oxunub.




31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq

30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu


BÜTÜN XƏBƏRLƏR +