Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
İsrail Suriyanı VURDU
Paşinyan Zəngəzur dəhlizindən danışdı
Melissa Park-la bağlı YENİ İDDİA
Putin Trampın ultimatumuna cavab verməyə tələsmir
İtaliya ABŞ-dən silah almaqdan imtina edir
Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqlayıb
Dövlət Sərhəd Xidməti rəisinin müavini işdən çıxarılıb?
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü


15.07.2025  16:58 

Qiymətlər havada “uçuşur” - Sabir Rüstəmxanlı





A+  A-

“Bu yaxınlarda müğənnilərdən birinə zəng edib nəvəmin toyuna dəvət etdim. O, narahat olmayın, gələrəm demək əvəzinə, meneceri ilə danışmağı tövsiyə etdi. Halbuki, mənim yazdığım şeirlərə bəstələnmiş mahnıları oxumaqla məşhurlaşmışdı. Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də. Beş mahnı oxuyan kimi elə bilirlər əlçatmaz ulduz olublar. Qiymətlərini qaldırırlar, davranışlarını dəyişirlər. Bu cür münasibət düzgün deyil”.

XəzərNews.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı toy biznesində qiymətlərin süni şəkildə artırılmasından danışarkən deyib. Onun sözlərinə görə, ölkədə toy mərasimləri artıq insanların maddi imkanlarına mənfi təsir göstərir:

"Toyxana sahəsində bir mafiya yaranıb. Qiymətlər havada “uçuşur”. Hər stol üçün 150-200 manat tələb edirlər. Mən qiyməti 100 manat etmək istədim, amma qəbul etmədilər. Deyirlər ki, qiymət budur, dəyişmək olmaz. Qonaqlar nə qədər pul yazdırmalıdır ki, toy yiyəsi ağır xərcin altına girməyə məcbur qalmasın".

Xalq şairi qeyd edib ki, restoranlarda toy qiymətlərində ciddi islahatlar aparılmalıdır: "Toylarımız bu gün ticarət meydanına çevrilib. Həm toy yiyəsi, həm də qonaq üçün vəziyyət çətindir. Burada cəmiyyət və dövlət olaraq bir mövqe ortaya qoymaq lazımdır", -deyə S. Rüstəmxanlı bildirib.

Xəbər 666 dəfə oxunub.




16.07.2025  14:14 

İsrail Suriyanı VURDU

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +