Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


16.01.2020  17:24 

Göygöldə narkotik alverçiləri tutuldu





A+  A-

Göygöl rayonunda narkotik satan və alan şəxlər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Gəncə şəhər sakinləri 38 yaşlı Baxşəli Mürsəqulov və 35 yaşlı Xəyal Əsgərov Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman B. Mürsəqulovun üzərindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.022 qram narkotik vasitə olan heroin, X. Əsgərovun üzərindən isə 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.076 qram narkotik vasitə olan heroin aşkar olunub.

Onlara narkotik vasitəni satanın həmyerliləri 50 yaşlı Mahir Məmmədovun olduğu müəyyən edilib. Onun üzərinə baxış keçirilən zaman 2 ədəd kağız bükümdə ümumi çəkisi 0.111 qram kustar üsulla hazırlanan psixotrop maddə hesab olunan metamfetamin və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.791 qram kustar üsulla hazırlanan heroin aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı M. Məmmədov narkotik vasitələri satmaq məqsədi Rəşad adlı Gəncə şəhər sakinindən aldığını bildirib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 34 yaşlı Rəşad Hüseynov Gəncə şəhərində saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 4 ədəd sellofan bükümdə ümumi çəkisi 3.458 qram vasitə olan heroin aşkar olunub. R. Hüseynova məxsus “NİVA” markalı avtomobildən isə ümumilikdə 299 ədəd müxtəlif adda narkotik vasitə hesab edilən dərman həbləri, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.822 qram narkotik vasitə olan heroin və 3 ədəd sellofan bükümdə ümumi çəkisi 1.168qram psixotrop maddə hesab edilən metamfetamin aşkar olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 3188 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +