Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


12.05.2025  19:54 

MMA döyüşçüsü Moskvada saxlanıldı





A+  A-

MMA döyüşçüsü Mixail Allahverdyan üzərində konvertasiya edilmiş tapança aşkar edilərək Moskvada saxlanılıb.

XəzərNews.az xəbər verir ki, “Baza” Telegram kanalının məlumatına görə, mayın 5-nə keçən gecə yol polisi əməkdaşları 007 dövlət nömrə nişanlı “Cadillac Escalade” markalı avtomobili saxlayıblar. Sürücü 33 yaşlı Mixail Allahverdyandır. Müfəttişlər sənədləri yoxlayarkən sürücü oturacağının arxasındakı dəri çanta diqqət çəkib. Allahverdyan sənədlərini göstərmək istəyəndə çantasını açıb və orada polis əməkdaşı tapançanın olduğunu görüb. İdmançı onu küçədə tapdığını və polis şöbəsinə təhvil verməyə hazırlaşdığını bildirib. Eyni zamanda, onun sözlərinə görə, artıq akt tərtib edilib, lakin evdə qalıb.

Yoxlama zamanı məlum olub ki, tapança dəyişdirilib: arakəsmə mişarlanıb və lülənin dəliyi dəyişdirilib. Hadisə yerinə gələn əməliyyat-istintaq qrupu silahı müayinə üçün götürüb. Tapılan əşyanın odlu silaha çevrilmək üçün dəyişdirilmiş 9 mm-lik RETAY S2022-O olduğu müəyyən edilib.

Mixail Allahverdyan azad edilib, lakin ona qarşı cinayət işi qaldırıla bilər.

Allahverdyan peşəkar MMA döyüşçüsüdür və 2013-cü ildə debüt edib.

Xəbər 2465 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +