Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


12.12.2018  13:11 

Bu bankların daşınar və daşınmaz əmlakı satılıb - SİYAHI





A+  A-

Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə 2018-ci ilin avqust-noyabr aylarında keçirilən hərraclarda ləğv prosesində olan QSC “BankStandard” KB, “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC, “Zaminbank” ASC, “Dəmirbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Kredobank” ASC, “Royalbank” ASC, “AtraBank” ASC, “Dekabank” ASC balansındakı daşınar və daşınmaz əmlakı satıb.
Bu barədə Fonddan XəzərNews.az-a verilən məlumatda bildirilib.

Sadalanan ləğv prosesində olan banklara məxsus 9 lot üzrə daşınmaz əmlak və 51 lot üzrə daşınar əmlak, o cümlədən, avtomobillər, inkasator maşınları, mebel, kompyuter və elektrik avadanlıqları alıcı tapıb.

Ləğv prosesində olan QSC “BankStandard” KB-nin balansında olan 3 ədəd daşınmaz əmlak və 13 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 3 ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Dəmirbank” ASC-nin balasında olan 1 ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı 1 ədəd daşınmaz əmlak və 8 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 ədəd daşınmaz əmlak və 1 lot üzrə daşınar əmlak satılıb.

Bundan başqa, ləğv prosesində olan “Atrabank” ASC-nin balansındakı daşınar əmlak 3 lot, ləğv prosesində olan “Dekabank” ASC-nin balansındakı daşınar əmlak 1 lot, “Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı daşınar əmlak 1 lot, “Royalbank” ASC-nin balansındakı daşınar əmlak 1 lot və “Zaminbank” ASC-nin balansındakı daşınar əmlak 1 lot üzrə alıcı tapıb.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam etdirir.

Xəbər 1757 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +