200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


16.02.2022  12:28 

Deputatın uşaqpulu ilə bağlı çıxışı tənqid edildi





A+  A-

Millət vəkili Arzu Nağıyevin uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub və qınanılıb.

Deputat bir neçə gün əvvəl “Pravda.az”a açıqlamasında bildirmişdi ki, təkcə uşaq dünyaya gətirməklə iş bitmir, onu şəxsiyyət kimi formalaşdırmaq, layiqli vətəndaş kimi yetişdirmək lazımdır.

Deputat qeyd edib ki, əgər verilən uşaqpulu, həqiqətən də, uşağın özünə çatacaq, onun üçün istifadə ediləcəksə, bunun tərəfdarıdır: “Əleyhinə olduğum məqam ondan ibarətdir ki, bəzən çoxuşaqlı ailələrdə valideynlər özlərinin işini qurmaq və ya təmtəraqlı yaşayışını təmin etmək üçün uşaqpulundan istifadə etdikləri halda, uşaqlarını təmin etmirlər. Bunun birmənalı olaraq əleyhinəyəm, çünki həmin vəsait birbaşa uşağın özü üçün xərclənməlidir. Yoxsa uşaqların sayını qəsdən artırmaqla uşaqpulundan sui-istifadə halları yolverilməzdir. Təkcə uşaq dünyaya gətirməklə iş bitmir, onu şəxsiyyət kimi formalaşdırmaq, layiqli vətəndaş kimi yetişdirmək lazımdır”.

Deputatın sözlərinə görə, dövlət gələcək genofond üçün kifayət qədər vəsait ayırır: “Uşaqpulunun, doğrudan da, uşağın özünə xərclənməsinə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra orqanları nəzarət etməli, gələcək genofondun təkmil olması üçün çalışmalıdırlar. Ailələrdəki uşaqların sayı, onların dolanışığı, ayrılan vəsaitin istifadəsi və s. nəzarətdə olmalıdır. Uşaqpulu tələb edənlərin bir qrupu düşünür ki, uşağın 1 yaşından 18 yaşınadək dövlət onlara pul ayırmalı, valideynlər də işləməyib uşaqlarının hesabına dolanmalıdırlar. Yəni, bunu arzulayanlar da var. Ona görə də fərdi yanaşmaq vacibdir”.

Xəbər 1848 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +