200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


07.08.2020  21:27 

Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır





A+  A-

Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən XəzərNews.az-a verilən məlumata görə, yeni tərtib olunmuş hərəkət qrafikinə bir neçə reys əlavə olunub ki, bu da Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin sıxlığını azaltmaq məqsədi daşıyır. Yeni cədvəl avqustun 10-dan qüvvəyə minəcək.

Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti avqustun 10-dan müvvəqəti olaraq dayandırılır. Həmin müddətdən noyabrın 10-dək Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.

Tikinti müddətində Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə elektrik qatarların yeni hərəkət qrafiki ilə aşağıdakı cədvəllərdə tanış olmaq mümkündür.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə əlaqədar Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən elektrik qatarları avqustun 31-dək həftə sonları hərəkətdə olmayacaq. Avqustun 8-i və 9-da, 15-i və 16-da, 22-si və 23-də, 29-u və 30-da həmin istiqamətdə sərnişin daşınması həyata keçirilməyəcək.

Xəbər 2132 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +