200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


11.05.2019  11:54 

Trampdan Çinə daha bir zərbə





A+  A-

ABŞ prezidenti Donald Tramp komandasına Çindən idxal edilən 300 milyard dollar dəyərində məhsullara yüksək gömrük rüsumu tətbiq etməyə başlamaları haqda tapşırıq verib.
XəzərNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda ABŞ-ın ticarət üzrə nümayəndəsi Robert Laythayzer jurnalistlərə açıqlamasında bildirib.

“Prezident bizə bütün qalan Çin məhsullarına rüsumu artırmağımız haqda göstəriş verib. Onların ümumi dəyəri təxminən 300 milyard dollar təşkil edir” – deyə, dövlət rəsmisi qeyd edib.

Xatırladaq ki, Çindən ABŞ-a idxal edilən 200 milyard ABŞ dolları dəyərində olan məhsulların gömrük rüsumunun artırılması hələ cari ilin 1 yanvar tarixinə planlaşdırılırdı, amma dəfələrlə təxirə salınırdı. Bu qanun layihəsi mayın 10-da isə qüvvəyə minib.

Belə ki, ABŞ hökuməti təxminən 200 milyard dollar məbləğində Çin mallarına qarşı rüsumu 10%-dən 25%-ə qədər qaldırıb.

Xəbər 1282 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +