200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.05.2017  13:35 

Hansı KİV-lər mənzil alacaq jurnalistləri müəyyənləşdirib?





A+  A-

Ötən gün Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi tədbirdə jurnalistlərə mənzillərin verilməsi qaydaları və şərtləri açıqlanıb.
Açıqlanan şərtlərə görə, ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının mənzil almağa namizədliyini irəli sürməlidir.
Televiziya və radio yayımçıları 10, gündəlik qəzetlər və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd müəyyənləşdirə bilərlər. Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.
Bəs görəsən media qurumları namizədlərini müəyyənləşdiribmi?
XəzərNews.az bildirir ki, Modern.az saytı bu sualla bir neçə media qurumuna müraciət edib.

“APA Holdinq”, “Report” İnformasiya Agentliyi, “Teleqraf Holdinq”, “Qafqazinfo”, “Yeni Müsavat” və “Yeni Azərbaycan”dan sorğumuza cavab olaraq namizədlərin hələ ki, müəyyənləşmədiyini bildiriblər.


Xəbər 1499 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +