Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


17.11.2020  13:52 

Sabah rayonlara qar yağacaq





A+  A-

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, noyabrın 18-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-11, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 18-19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 3366 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +