Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


13.11.2020  16:43 

Könül Nurullayeva üzr istədi





A+  A-

Bu gün Milli Məclisin İntizam komissiyası tərəfindən töhmət verilən millət vəkili Könül Nurullayeva bu məsələ ilə bağlı açıqlama yayıb və soydaşlarımızdan üzr istəyib.
XəzərNews.az xəbər verir ki, açıqlamada deputat qeyd edib ki, bir neçə gün əvvəl Türkiyənin “TV Net” kanalına açıqlamasında zəif internet bağlantısı səbəbindən Ermənistanın təzminat ödəməsi ilə bağlı suala cavab olaraq, fikrini sona qədər çatdıra bilməyib:

“Bu vəziyyətdən yaranmış olan anlaşılmazlığa görə soydaşlarımızdan üzr istəyirəm. Mənim dövlətimizə və xalqımıza bilərəkdən vurulan zərərlə bağlı təzminatın ödənilməsinə dair mövqeyim açıq və aydındır – Ermənistan birmənalı şəkildə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Yoxsul, səfil Ermənistan dövlətimizə və soydaşlarımıza vurduğu maddi və mənəvi zərəri ödəməyə məcburdur. Bu, beynəlxalq hüququn tələbidir. Belə bir təcrübə artıq var, söhbət Çıraqov qardaşları və digərlərinin işi üzrə Avropa Məhkəməsinin qərarından gedir. Ermənistan dövlətinin Çıraqov qardaşları ilə birlikdə 6 nəfərə təzminat ödənilməsilə bağlı Avropa Məhkəməsinin qərarında da qeyd olunur ki, Ermənistanın işğalı nəticəsində bu insanlara zərər dəyib. Bu gün təzminatın verilməsi tələbilə çıxış etmək üçün əlimizdə kifayət qədər arqumentlərimiz var”.

Qeyd edək ki, ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi barədə suala cavab verən Könül Nurullayeva deyib ki, bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil.

Xəbər 3805 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +