Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


19.10.2020  18:12 

“Bütün cəbhə boyu nəzarət ordumuzun əlindədir”





A+  A-

“Ermənistan atəşkəsdən azad edilmiş əraziləri yenidən tutmaq və qoşunları toplamaq üçün istifadə etdi”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

O bildirib ki, humanitar atəşkəsindən sonra Ermənistan Cəbrayıl, Hadrut və digər istiqamətlərdə Ordumuzun mövqelərinə hücum etməyə cəhd edib:

“Bunun üçün hətta ermənilər təyyarələrdən də istifadə etdilər və Azərbaycan bunları məhv etdi. Bütün cəbhə boyu ərazilərə nəzarət Azərbaycan Ordusunun əlindədir. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində məhv edilən erməni hərbi texnikaları göstərdi ki, Ermənistan işğal edilmiş ərazilərdə necə böyük hərbiləşmə həyata keçirib.

Azərbaycan Ordusu döyüş əməliyyatlarında hərbi və mülki obyektləri ayırır. Biz səy göstərdik ki, mülki əhaliyə heç bir zərər dəyməsin. Ermənistan tərəfi isə açıq şəkildə mülki əhalini hədəf alır. Gəncədə baş verənlər tarix kitablarına düşəcək.

Məncə, ilk dəfədir ki, belə bir raket mülki əhaliyə qarşı istifadə olunur. Bununla yanaşı, Azərbaycan Dağlıq Qarabağda yaşayan mülki əhaliyə döyüş zonasından uzaqlaşmaq barədə xəbərdarlıq edib. Buna baxmayaraq Ermənistan tərəfi münaqişə zonasındakı sakinlərin bölgəni tərk etməsinə qadağa qoyub. Bununla da onların niyyəti mülki əhalini qalxan kimi istifadə edərək işğalı davam etdirməkdir”.

Xəbər 3435 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +