Gömrükdə sahibkardan 97 min pul tələb edilir?
Pakistan xalqı ilə həmrəyik - XIN
Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat


15.05.2023  15:45 

Məktəblərdə uşaqları qidalandırmaq üçün infrastruktur niyə yoxdur?





A+  A-

Azərbaycanda dövlət məktəblərinin bəlkə də 90%-nin məktəb saatlarında uşaqları qidalandırmaq üçün infrastrukturu yoxdur. Bu, çox ağır vəziyyətdir. 30 ildir ölkə müstəqilliyini bərpa edib, ancaq buna ya nail ola bilmir, ya da heç istəmir.

Baxça kimi tanıdığımız dövlətin məktəbəqədər təhsil müəssisələrində, ola bilsin, bu sistem var, ancaq bir çox məktəblərdə olmadığı dəqiqdir.

Yüz minlərlə ac uşağın olduğu kiçik bir ölkədə həll yolu tapmaq və pulsuz məktəbli nahar proqramı təqdim etmək bizim dövlət olaraq öhdəsindən gəlməli olduğumuz bir nömrəli iş və vəzifə borcumuzdur. Çünki uşaqlar bizim gələcəyimizdir və onların gün içində ac qalmaması həyati məsələdir.

Belə humanitar proqramlar dünyanın əksər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində mövcuddur. Elə qonşu Rusiyada uzun illərdir tətbiq olunur. Bəs bizdə niyə yoxdur?! Bizdə insan faktoru niyə ən sonuncu mərtəbədədir? Belə bir idarəetmə fəlsəfəsi bizim nəyimizə lazımdır? Vətəndaşına xidmətin sıfırn altında olduğu ölkələr sırasından nə zaman qurtulacağıq?

Bu, sizi narahat eləmir, Əziz Vətəndaşlar?

Mirəz Rəşad Bakuvi

Xəbər 1475 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +