Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib


26.10.2018  14:11 

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı





A+  A-

2018-ci ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 497 nəfər təşkil edib ki, onlardan 482-i (96,9%) Azərbaycan vətəndaşı, 15-i (3,1%) isə əcnəbilərdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan XəzərNews.az-a verilən məlumata görə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən bu ilin oktyabrın 1-ə kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7249 nəfər qeydiyyata götürülüb ki, onlardan 7014-ü (96,8%) Azərbaycan vətəndaşı, 235-i (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5271-i (72,7%) kişi, 1978-ü (27,3%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 7249 nəfərdən 3144-də (43,4%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2262 (72%) nəfər dispanser qeydiyyatındadır. Oktyabrın 1-ə kimi ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4757 nəfər təşkil edib ki, onların da 1901 nəfəri İNİ olub. Cari ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 550 pasiyentdən 96 nəfərində İNİ aşkar edilib.

Xəbər 3399 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +