İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


08.10.2017  17:09 

Xaricdə iş adı ilə verilən vədlərə aldanmayın - Dələduzlar var + Video





A+  A-

Xaricdə iş elanlarına aldananların əksəriyyəti internet, xüsusilə də sosial şəbəkələrin istifadəçiləridir. Çünki son vaxtlar bu elanlar saytlar vasitəsilə və ya sosial şəbəkələrdə reklam kimi geniş yayılıb.
XəzərNews.az-ın “Xəzər TV”yə istinadən verdiyi məlumata görə, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, miqrasiya məsələləri üzrə ekspert Sahib Məmmədov deyir ki, texnologiyanın inkişafı bu sahədə dələduzluğu da artırıb.

Ekspert deyir ki, bu məsələdə diqqət çəkən məqam elandakı şirnikləndirici məbləğdir.

Ekspert Sahib Məmmədov tövsiyə edir ki, aldanmamaq üçün belə elanlarla rastlaşarkən ilk növbədə internetdə kiçik bir araşdırma aparılmalıdır. Şübhəli qaldığınız məqamlar olarsa və ya bu yolla sizə müəyyən məbləğ ödədib işlə təmin etməzlərsə, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının "qaynar xətt"inə məlumat verməlisiniz. Amma əgər aldanıb ölkəni tərk etmisinizsə, bu zaman da müəyyən orqanlara müraciət edərək, yarı yoldan dönmək şansınız var.

Məlumatda isə mövcud ünvan mütləq qeyd edilməlidir. Bu, həm də xarici ölkələrdə olan vətəndaşlarımızın təhlükəsizliyi üçün çox vacibdir. Əks təqdirdə belə insanlar üçün heç biri qurum məsuliyyət daşımır.


Xəbər 2896 dəfə oxunub.





18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +