İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


10.04.2017  16:43 

“Azərsun” qiymətlə bərabər çəkini də endirdi - FAKT





A+  A-

Azərbaycanda ən böyük qida məhsulları istehsalsalçılarından biri olan "Azərsun Holdinq" bir neçə əsas ərzaq məhsullarının qiymətlərini aşağı saldığı haqda məlumat yayıb.
Şirkətin sözcüsü mətbuata açıqlamasında bildirib ki, bəzi məhsulların qiyməti 6 qəpik, 15 qəpik və 25 qəpik aralığında azalıb.

XəzərNews.az xəbər verir ki, "Ölkə.Az" saytı bu haqda araşdırma edərək maraqlı nəticə əldə edib. Belə ki, əvvəllər tomat pastası bankaları 720 ml. idi, sonra saldılar 680 ml., indi isə 620 ml. edilib. Buradan isə bu nəticəyə gəlmək olur ki, satılan məhsulların qiyməti ilə yanaşı çəkisi də azalıb.

Ölkənin ən böyük şirkətlərindən birinin istehsal etdiyi məhsulların keyfiyyəti dəfələrlə müzakirə mövzusu olsa da, şirkətin çəki ilə müqayisəli siyasəti sosial şəbəkədə də müzakirəyə səbəb olub.

Burada isə vacib olan holdinqin istehlakçıları aldadıb-aldatmadığı barədə yaranan sualdır.

Şəmkirdə mağazası olan sahibkar isə iddia edib ki, "Azərsun" heç bir məhsulun qiymətini endirməyib. O, bu barədə "Azərsun" rəsmisinin sosial şəbəkədə endirim barədə verdiyi məlumata şərh yazıb:

"Mən Şəmkirdə mağaza işlədirəm. Bu gün "Azərsun"a mal sifariş vermişəm və qiymətlərin aşağı düşüb-düşmədiyini soruşmuşam. Qiymətlər düşməyib!"



Xəbər 2799 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +