İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb


20.01.2025  13:58 

Həm hüznlü, həm qürurluyuq!





A+  A-

Xalqımızın ləyaqət hissinin qorxu hissinə qalib gəldiyi, günahsız övladlarımızın tökülən qanlarıyla bir imperiyanın çöküşünün sürətləndiyi, şəhidlik anlayışının yenidən dərk edildiyi Günün ildönümüdür...

Həm hüznlü, həm qürurluyuq!

Günümüzdən baxanda, indi daha aydın görünür ki, bir-biriylə amansız rəqabət aparan iki dünya nəhəngindən biri sayılan SSRİ onsuz da dağılmağa yön almışdı və Şərqi Avropadan başlamış bu yıxılma prosesi sürətlə SSRİ-nin öz içərisinə doğru irəliləyirdi...

İnanın, həmin vaxt dünya siyasətinin gedişatından baş çıxaran, hadisələrin inkişafını doğru oxumağı bacaran ağıllı, uzaqgörən və xalqını sevən rəhbərlərimiz, yetkin siyasətçilərimiz olsaydı, azadlıq yanğısıyla qovrulan millətin enerjisini düzgün istiqamətləndirə bilsəydilər, dünyanın siyasi xəritəsini dəyişən o geopolitik çöküş dönəmindən ərazi və çoxsaylı günahsız insan itkisiylə deyil, qazancla çıxanlardan olardıq.

Tarix həm də öyrənmək, nəticə çıxarmaq və oxşar situasiyalarda yenidən səhv etməmək üçündür!

Yeni bir geopolitik turbulensiya dönəmindən keçdiyimiz bir zamanda yeni səhvlərə və itkilərə yol verməmək üçün son 33 illik tariximizdən mütləq ibrət almalıyıq!

Günahsız yerə qətlə yetirilmiş vətəndaşlarımızı, Azərbaycan üçün canını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla anır, xalqımızın gözünü qorxutmaq məqsədiylə bu qırğını təşkil edənləri isə lənətləyirik!

Elxan Şükürlü

Xəbər 3860 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +