14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


09.02.2018  10:35 

Azərbaycanın Xalq artisti vəfat etdi





A+  A-

Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.
XəzərNews.az xəbər verir ki, tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib. Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, tanınmış teatr və kino aktrisa Zərnigar Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.
Zərnigar Ağakişiyeva kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım - İ.Əfəndiyev "Mahnı dağlarda qaldı", Zivər - Anar "Təhminə və Zaur", Kərbəlayi Fatma - C.Məmmədquluzadə "Ölülər" və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014 ci ildə "Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

Xəbər 1630 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +