14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


30.05.2017  14:27 

XƏBƏRDARLIQ: “Hacı pivəsi”nin tərkibində spirt var





A+  A-

Yay mövsümü və Ramazan ayının gəlişi ilə alkoqolsuz pivə (“Hacı pivəsi” adı ilə tanınır) məsələsi yenidən aktuallaşır. Əksəriyyətin sərinləşdirici içki kimi istifadə etdiyi “Hacı pivəsi”nə münasibət birmənalı deyil. Bəziləri akoqolsuz hesab edilən bu pivənin içilməsində heç bir qəbahət olmadığını bildirsə də, digərləri onun içilməsini doğru saymır. Nəfsinə hakim ola bilməyənlər isə “babalı istehsal edənin boynuna” deyib içir...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, Rafiq Əliyev reallıqda “Hacı pivəsi” brendi olmadığını bildirib:

“Pivələrin tərkibində 12 faiz, “Hacı pivəsi”nin tərkibində isə 1 faiz spirt var. Pivə istehsalı ilə məşğul olan sahibkarlar, zavodlar bunu təsdiq edə bilər ki, tərkibinə spirt vurulmayan pivə qıcqırıb xarab olur. O cür pivəni içmək olmaz. Üstündə “sıfır faiz” yazılsa da, pivələrin tərkibində 1 faiz spirt var.

Xüsusilə Ramazan ayında yeməkdən-içməkdən və buyurulan digər məsələlərdən imtina edənlər, 1 ay müddətinə “Hacı pivəsi”ni içmədən də dayana bilərlər. İslam spirtli içkini qadağan edir. Ona görə də özümüzü aldatmayaq ki, onun tərkibində spirt yoxdur. Əksər yerdə içilsə də bu pivənin adı “Hacı”dır, özü sadəcə spirti az olan pivədir”.
O deyib ki, babalın kimin boynuna olmasından asılı olmayaraq, günah onu içənin ayağına yazılır:


“Hansısa yemək hazırlamaq olar ki, tərkibində konyak, çaxır yaxud başqa spirtli içkilər olsun. Yaxud satışda konyaklı şokoladlar satılır. Bu o demək deyil ki, babalı konfet istehsal edənin boynunadır..”.

R.Əliyev konfetin üzərində tərkibi barədə məlumat verildiyi halda, “Hacı pivəsi”nin üzərində “sıfır faiz” yazılmasını isə belə izah edib:

“Bunu yazmasalar belə, hamı bilir ki, spirtsiz pivə olmur. Və kimsə bunu bilə-bilə içib “babalı kiminsə boynuna deməsin””.

(modern.az)

Xəbər 1899 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +