Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


04.04.2017  10:12 

XİN 400-dən çox xarici müxbiri qeydiyyata alıb





A+  A-

Dünyanın dörd bir tərəfində cərəyan edən siyasi, iqtisadi, sosial prosesləri, müharibələri izləmək üçün xüsusi müxbirlər ezam olunur. Azərbaycan da istisna deyil. Ölkəmizdə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri arasında akkreditasiyadan keçən xeyli xarici xüsusi müxbir var.
2016-cı il ərzində Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətində 32 nəfər uzunmüddətli, 92 nəfər isə qısamüddətli olmaqla, 124 xarici kütləvi informasiya vasitəsi nümayəndəsi akkreditasiyadan keçib.

XəzərNews.az-ın məlumatına görə, bu haqda Modern.az-ın sorğusuna cavab olaraq, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hcaıyev bildirib.

“Müvafiq olaraq, həmin şəxslərə akkreditasiya kartları verilib. Akkreditasiya üçün müraciət etmiş xarici KİV-lər arasında Böyük Britaniyanın “Financial Times”, “BBC”, Qətərin “Əl-Cəzirə” telekanalı, Türkiyənin “TRT”, “Anadolu Ajansı”, “Doğan Haber Ajansı”, “İhlas”, Rusiyanın “TASS” informasiya agentliyi, Ria-Novosti, “NTV” telekanalı və “Rossiya Seqodnya”, İran İslam Respublikası və Çin Xalq Respublikasınım media orqanları var”-deyə XİN rəsmisi əlavə edib.
Xarici KİV nümayəndələrinin akkreditasiya üçün müraciətlərini asanlaşdırmaq məqsədilə Xarici İşlər Nazirliyinin internet səhifəsində Azərbaycan və ingilis dillərində elektron xidmət fəaliyyət göstərir. Bu xidmət e-gov.az portalına da inteqrasiya edilib.

Hikmət Hacıyevin sözlərinə görə, xüsusi vaxtlarda xeyli əcnəbi jurnalist akkreditasiyadan keçirilib.

“2016-cı ilin iyun ayında Azərbaycanda ilk dəfə keçirilmiş “Formula 1 Avropa Qran Pri”si ilə əlaqədar digər dövlət qurumları və əməliyyat komitəsi ilə əlaqələndirilmiş şəkildə 230 nəfərdən artıq xarici KİV nümayəndəsinin akkreditasiyası həyata keçirilib.
2016-ci ilin 2 noyabr tarixində Roma Papası Fransiskin ölkəmizə səfəri zamanı səfəri işıqlandırmaq məqsədilə 60-dan çox xarici KİV nümayəndəsinin akkreditasiyadan keçməsi təmin olunub.
Ümumilikdə 2016-cı il ərzində qısamüddətli və uzunmüddətli olmaqla, 400 nəfərdən artıq xarici KİV nümayəndəsinin akkreditasiyası həyata keçirilib”.

Xəbər 1707 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +