14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


01.02.2025  17:50 

Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?





A+  A-

Son illər abituriyentlər ixtisas seçimi zamanı ingilis dilində tədrisə üstünlük verirlər.

Bir çox universitetlərdə xarici dilin öyrədilməsi üçün sıfırdan başlayan təməl qruplar olur. Lakin dövlət universitetlərində tələbələr üçün belə bir şans yaradılmayıb.

Bəs bu hal tələbələrə və müəllimlərə hansı çətinlikləri yaradır?

"Həm dərsləri başa düşmürük, həm də semestr imtahanlarında uğurlu nəticələr əldə edə bilmirik. Bütün bunlar bizim üçün böyük problemlərə səbəb olur", - deyə tələbə şikayətini bildirib.

Bakı Dövlət Universitetinin müəllimi Yeganə Əsədova problemin əsas səbəbini orta məktəblərdə ingilis dilinin tədrisinin zəif olması ilə əlaqələndirib.

"Orta məktəblərdə danışığa üstünlük verilmir, əsasən, test tapşırıqları yerinə yetirilir. Universitetdə "foundation" təhsilinin olmaması da əsas problemlərdəndir. Tələbə ən azından gələcəkdə yiyələnməyə çalışdığı ixtisasla bağlı mühazirələri başa düşmək və özünü ifadə etmək səviyyəsində ingilis dilini bilməlidir", - müəllim qeyd edib.

Baku TV-nin araşdırması belə deməyə əsas verir ki, ali təhsil müəssisələri ingilisdilli qruplara qəbul olunan tələbələrin nəticələrindən razıdırlar.

Ali məktəblərdən biri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında nəticələrin kifayət qədər yüksək olduğunu bildirir, həmçinin ingilis qrupları üzrə təhsilalanların dil bilikləri yüksək qiymətləndirilir. Ancaq mütəxəssislər tələbələrin müsbət nəticələr əldə etmələri üçün bütün universitetlərdə "foundation" sisteminin tətbiqinin mütləq olduğunu qeyd edirlər.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin isə cavabı belə olub:

"Azərbaycanın ümumtəhsil məktəblərində xarici dil tədrisi 2013-cü ildə təsdiq edilən proqram əsasında aparılır. Məqsəd şagirdlərin dil bacarıqlarını inkişaf etdirərək, xarici dili real ünsiyyət vasitəsi kimi istifadə etmələrini təmin etməkdir. Şagirdlər 11-ci sinfin sonunda B1 səviyyəsinə çatmalıdırlar. Ali təhsildə isə xarici dil akademik və peşəkar bacarıqları artırmağa yönəlib".

Xəbər 4378 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +