14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


13.05.2024  09:27 

Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...





A+  A-

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İtaliyanın Roma şəhərində keçirilən 4-cü Forumunun iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul olunub.

Xəzərnews.az Diaspora.TV-yə istinadla xəbər verir ki, dünyanın 20-dən çox ölkəsindən diaspor nümayəndələrinin qatıldığı Forumda qəbul edilən Müraciətdə deyilir:

- Dünya Azərbaycanlılarının V Qurultayından keçən iki il ərzində məhz Zati-alinizin fəaliyyətinin və həyata keçirdiyi siyasi kursun təsiri nəticəsində ölkəmizin yerləşdiyi regionda böyük ictimai-siyasi hadisələr baş verib və məhz buna görə bəzi güclər xarici siyasət gündəliklərində ciddi redaktələr etmək məcburiyyətində qalıblar. 44 günlük Vətən Müharibəsində Sizin ali rəhbərliyiniz altında əldə olunmuş Böyük Zəfəri qəbul edə bilməyən anti-Azərbaycan çevrələrinin regiondakı əvvəlki status-kvonu bərpa etməklə, yerləşdiyimiz coğrafiyanı öncəki vəziyyətinə qaytarmaq istəkləri baş tutmayıb.

Zati-alinizin parlaq komandanlığı ilə 2023-cü ilin sentyabrında cəmi 23 saat ərzində yekunlaşmış lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyinin tam bərpası ölkəmizə qarşı məkrli niyyətləri gerçəkləşdirmək istəyən imperialist dövlətlərin və transmilli korporasiyaların planlarını alt-üst edib.

Hərb cəbhəsindən alnıaçıq və üzüağ, parlaq tarixi Zəfərlə çıxan qüdrətli Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev istəmədən haqsız informasiya müharibəsinə cəlb olunub. Bu informasiya müharibəsində Xalqımızın və Prezidentimizin yanında olmanın, Dövlətimizə qarşı aparılan çirkin PR kampaniyasına cavab verilməsinin, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının hər bir azərbaycanlının müqəddəs vəzifəsi olduğu düşüncəsindəyik.

Hesab edirik ki, belə bir vəziyyətdə, həmçinin müasir geosiyasi trendlər kontekstində diaspor təşkilatlarının qarşısında dayanan məqsəd və vəzifələr də var. Əslində, bu məqsəd və vəzifələri Dünya Azərbaycanlılarının V qurultayında etdiyiniz proqram xarakterli çıxışınızda, həmçinin son Prezident seçkilərində xalqımızın mütləq əksəriyyətinin böyük dəstəyi ilə dövlət rəhbəri seçilməyinizdən sonra keçirilən Andiçmə mərasimindəki parlaq nitqinizdə aydın şəkildə izah etmisiniz. Hər bir azərbaycanlı üçün əhəmiyyətli yol xəritəsi olan bu müdrik məsləhətləriniz bizim Forumun iştirakçıları üçün də istiqamətverici daimi istinad mənbəyidir.

Cənab Prezident!

Biz sizin məsləhətlərinizi və tapşırıqlarınızı əsas tutaraq məcburən cəlb edildiyimiz informasiya müharibəsində Xalqımızın və Prezidentimizin yanında cəbhə alaraq, mənfur düşmənlərimizə qarşı bütün gücümüzü səfərbər edərək mübarizə aparmaq əzmində olduğumuzu Zati-alinizin yüksək diqqətinə çatdırmaqdan şərəf duyuruq.

Sizi əmin edirik ki, Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, dövlətimizin maraqlarının müdafiəsi və təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliği üçün səylərimizi daha da gücləndirəcək və bundan sonra da bütün imkanlarımızı səfərbər edəcəyik.

Bir daha bəyan edirik ki, milli maraqlarımızın qorunması, dövlətimizin qüdrətlənməsi, ölkəmizin çiçəklənməsi və həmrəyliyimizin daha da möhkəmləndirilməsi naminə uğurlu fəaliyyətinizi birmənalı olaraq yekdilliklə dəstəkləyirik.

Məhz Sizin rəhbərliyiniz sayəsində Azərbaycanın düşmənlərinin layiqli cavablarını alacaqlarına, bu savaşdan da qalibiyyətlə çıxacağımıza əminik.

Bu müqəddəs yolda Sizə Uca Allahdan möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!

12.05.2024
İtaliya/Roma



Xəbər 5082 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +