Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


28.09.2023  10:15 

“DABF Azərbaycan naminə uğurlu layihələrə start verir” – Diaspor sədri





A+  A-

“Ümid edirəm ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu gələcəkdə dövlətimiz və millətimiz üçün çox faydalı olacaq”.

Bu barədə açıqlamanı Xəzərnews.az-a Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunda (DABF) təmsil olunan “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov verib.

R.Məmmədov indiki zamanda DABF-ın fəaliyyətini çox yüksək dəyərləndirdiyini vurğulayıb:

“Fondun təsisçilərinə təşəkkür edirəm. Fond Azərbaycan naminə uğurlu layihələrə start verir. İlk növbədə onlarla diaspor təşkilatını bir araya gətirib. Fond həm də birləşdirici, barışdırıcı mövqedən çıxış edir. Başlanığc üçün bunun özü böyük bir uğurdur”.

R.Məmmədov qeyd edib ki, Fond ilk növbədə yerli icmalarda azərbaycançılığı, adət-ənənələri və Vətənə bağlılığı təbliğ etməlidir:

“Eyni zamanda gələcəkdə kadr hazırlığı məsələsində də Fond Azərbaycan cəmiyyəti üçün faydalı ola bilər. İlk növbədə istedadlı gənclərin Avropada ixtisasartırma kurslarına cəlb edilməsinə dəstək göstərə bilər. Bunun üçün Fondun maliyyə dayanıqlığı yetərli olmalıdır. Bu işdə Fondda təmsil olunan diaspor təşkilatları və iş adamları fəal rol oynamalıdırlar”.



Xəbər 3180 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +