Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir


14.11.2021  12:34 

Bu ailələr təhlükə altında - Fotolar





A+  A-

Cəlilabad rayonu, Alar kəndinin Muradxanlı məhəlləsində evlərin arasında yerləşən qüllə və onun üzərindəki su çəni təhlükə mənbəyinə çevrilib.

XəzərNews.az xəbər verir ki, məlumatı Alar kənd sakini Bilal Alarlı paylaşıb.

B.Alarlı yazır ki, qüllə 1960-cı illərin ortasında bu kənddə kolxoz təsərrüfatına başçılıq edən iqtisad elmləri namizədi Mehman Quliyev tərəfindən inşa ediləndə burada ev yox idi:

"Amma yanında subartezian quyusu qazılmış bu hündür çən bütün Alar kəndini içməli su ilə təchiz edirdi. Sovet dağılmamış su xətləri sıradan çıxdı, indi bu qüllə-çən burada yaşayanların həyatı üçün böyük təhlükəyə çevrilib. Çən çürüyüb və onu öz üzərində saxlayan dayaq ovulub, qəfildən uçub dağılacaq, kimlərinsə həyatına son qoyacaq.

Bilirəm, bu yazdığıma kəndin və rayonun rəhbərlərindən kimsə reaksiya verməyəcək, heç bu çənin təhlükə altında saxladığı ailəlırdən də kimsə bu statusu like etməyəcək, daha doğrusu, like etməyə cəsarəti çatmayacaq. Mən məmurları da, təhlükə altında yaşayan cəsarətsiz adamları da qınamıram, amma həqiqəti deməyi, qarşıda bir neçə ailəni gözləyən ağır faciədən sizləri xəbərdar etməyi özümə borc bilirəm".




Xəbər 4802 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +