Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


22.09.2021  18:11 

Prezidentin kömkçisinə sui-qəsd oldu





A+  A-

Naməlum şəxslər Ukrayna prezidentinin müşavirinə və yaxın adamı olan Sergey Şefirə sui-qəsd ediblər. Bu barədə "Strana.ua" xəbər verir.
Qeyd olunur ki, hücum Kiyev yaxınlığındakı Lesniki kəndində baş verib. "Məmuru hərbi silahdan güllələməyə cəhd ediblər. Şefir xəsarət almayıb, lakin sürücüsü üç güllə yarası ilə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib", - mənbə bildirib.

Polis artıq atəş açan şəxsin tutulması üçün xüsusi əməliyyatın başlanıldığını elan edib. Prezident Vladimir Zelenski və ətrafı hələlik baş verənlərə reaksiya verməyib. Cinayəti törədən şəxsin motivləri də bəlli deyil.

Sergey Şefir 2019-cu ildə Ukrayna liderinin birinci köməkçisi təyin edilib. Bundan əvvəl Şefir Zelenskinin qurduğu “95 Kvartal” studiyasının bədii rəhbəri olub. Daha əvvəl bildirilirdi ki, Ukrayna Təhlükəsizlik Xidməti ölkə başçısı Zelenskinin həyatına qəsd olunma ehtimalına görə yoxlamalara başlayıb. Xüsusi xidmət orqanlarının qaynar xəttinə dövlət başçısını birbaşa təhdid edən zəng daxil olub. (virtualaz.org)

Xəbər 3948 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +