Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


14.06.2018  18:11 

Kim Çen In Putinlə görüşəcək





A+  A-

Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə şəxsi məktub göndərib.
XəzərNews.az “RBC”ya istinadən bildirib ki, Rusiya prezidentinə gizli məktubu Şimali Koreya Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim Yon Nam təqdim edib.

Rusiya prezidenti ilə Namın görüşü zamanı Putin Şimali Koreya liderinə Rusiyaya səfər etmək üçün dəvətini təsdiqləyib.

“Şimali Koreyanın lideri Kim Çen Ina Rusiyaya gəlmək üçün dəvətimizi çatdırmağınızı xahiş edirəm” – Putin bildirib.

Rusiya prezidenti Kim Çen Inın Rusiyaya sentyabrda Şərq iqtisadi forumu çərçivəsində və ya başqa bir vaxtda gələ biləcəyini qeyd edib. Görüşün vaxtının Xarici İşlər Nazirliyi xətti ilə müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, analoji olaraq may ayında Rusiya xarici işlər naziri Sergey Lavrov Şiamli Koreyaya səfəri zamanı Vladimir Putinin şəxsi məktubunu Kim Çen Ina çatdırıb.

Xəbər 3230 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +