Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda


17.12.2017  16:11 

Ərdoğana sui-qəsdin qarşısı alınıb





A+  A-

Yunanıstanda saxlanılan DHKP-C terror təşkilatının 9 üzvünün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd planlaşdırdığı ortaya çıxıb.
XəzərNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə yunan polisinin saxlanılan şəxslərin evlərindən tapdığı sənədlərdə qeyd edilib.

Həmin planda raket və əl qumbaralarla Ərdoğana sui-qəsd edilməsi nəzərdə tutulubmuş. Hücum Ərdoğanın Yunanıstana səfəri zamanı kartejin keçidi əsnasında ediləcəkmiş. Lakin yunan polisinin 9 terrorçunu ələ keçirməsi nəticəsində plan baş tutmayıb.

Hazırda polislər sui-qəsddə istifadə edilməsi planlaşdırılan raket və qumbaraları axtarır. Silah-sursatın Afinanın şərqindəki Parnita dağının ətəyində basdırıldığı ehtimal edilir.

Xəbər 2648 dəfə oxunub.



01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +