Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir


13.05.2025  11:22 

“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?





A+  A-

Yaxın illərdə paytaxt Bakının iqtisadi mənzərəsində ən etibarlı və dayanıqlı investisiya sahələrindən biri avtomobil dayanacaq yerləri olacaq. Gələcəyə hesablanmış və davamlı gəlir gətirən biznes qurmaq istəyənlər bu istiqaməti ciddi nəzərə almalıdırlar.

XəzərNews.az xəbər verir ki, bu fikirləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev səsləndirib. Onun sözlərinə görə, hazırda “Azparking” MMC tərəfindən zəbt olunmuş ərazilər Bakıda həm nəqliyyat sıxlığına, həm də parklanma tariflərinin artmasına səbəb olub:

“Bu gün şəxsi avtomobili ilə işə gedib-gələn vətəndaş 10 saatlıq iş rejimi ərzində gündəlik təxminən 7 manat parkinq haqqı ödəməli olur. Bu da sıravi vətəndaş üçün kifayət qədər yüksək məbləğdir. Şəhərdə mövcud tıxac və parklanma böhranı göstərir ki, yaxın gələcəkdə “Azparking” tərəfindən zəbt olunmuş yollar məcburən onlardan azad ediləcək. Bu baxımdan, investorlar qeyri-yaşayış obyektlərinə deyil, məhz avtopark sahələrinə sərmayə yatırarlarsa, bu, onların davamlı və artan gəlirli bizneslərinə çevrilə bilər”.

Ekspertin fikrincə, dövlət səviyyəsində bu sahəyə dəstəyin artırılması və qanuni tənzimləmə mexanizmlərinin gücləndirilməsi Bakının həm nəqliyyat infrastrukturuna, həm də şəhər mədəniyyətinə müsbət təsir göstərə bilər.

Xəbər 2536 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +