“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


05.07.2017  13:34 

Anasını həkimə apardı, qayıdanda öldü...





A+  A-

Mingəçevir şəhəri Gəncə prospektində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
XəzərNews.az Lent.az xəbər verir ki, hadisə şəhər sakini Müşfiq Yusifovun anası 65 yaşlı Qızpəri Yusifovanı xəstəxanadan gətirərkən baş verib. Belə ki, oğul səhhətində problemlər olan anasını Göygölə aparıb və burada qadın həkim müayinəsindən keçib. Qadının 40 yaşlı qızı Ülviyyə də onlarla birgə gedib. Qəza isə günorta saatlarında ana, oğlu və qızı Mingəçevirə qayıdarkən baş verib. Şəhərin girəcəyində Müşfiqin sürdüyü “VAZ 2106”nın təkəri altından çıxıb və nəticədə avtomobil digər “VAZ”a çırpılıb. Zərbənin gücündən Qızpəri Yusifova şüşədən çıxaraq yolun kənarına düşüb və hadisə yerində vəfat edib. Ülviyyənin isə 4 qabırğası sınıb, həmçinin baş və boyun nahiyələrindən ağır xəsarətlər alıb.

Qeyd edək ki, qəza vaxtı digər avtomobildəki 2 nəfər də xəsarətlər alıb.

Xəbər 1424 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +