Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video
Trampdan İrana zərbə... - Fars körfəzinin adı dəyişir
Hindistan diplomatı Pakistan XİN-ə çağırılıb
Hacıqabulda bəzi əraziləri su basıb


29.12.2022  12:27 

Sabiq deputatın nə qədər vergi borcu var?





A+  A-

Sabiq deputat Hacı Salayevə məxsus “Trust-S.S.” MMC-nin (VÖEN – 1300271661) dövlət büdcəsinə böyük həcmdə - 465 min 651 manat 30 qəpik vergi borcu var.

“Trust-S.S.” MMC 29.10.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Yasamal rayonu, Şəhriyar, ev 51, mərtəbə 6, m. 2”də yerləşən şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.

Qanuni təmsilçisi Eyvazov Azad Fərman oğlu olan “Trust-S.S.” MMC-yə daha əvvəl Hacı Salayevin özü rəhbərlik edib. Hacı Saleyev deputat olmazdan əvvəl SOCAR prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifələrində də çalışıb.

2010 və 2015-ci illərdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən deputat seçilən Hacı Saleyev eyni zamanda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”ə bağlı “Az Kommunal Servis” ASC-nin (VÖEN – 1401752761) İdarə heyətinin sədri olub.
Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Hacı Saleyevin qardaşı - general-mayor Baba Salayev FHN Akademiyasınn rəisidir./yeniavaz

Xəbər 1026 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +